Tramp “qızıl taxtda” süni intellekt şəklini paylaşıb
ABŞ Prezidenti Donald Tramp sosial media platforması Truth Social-da taxtda oturmuş süni intellektlə yaradılmış şəkilini yayımlayıb.
Ajans.az xəbər verir ki,şəkildə Tramp nəhəng qızıl taxtda zirehdə oturmuş vəziyyətdə təsvir olunub, ayaqları altında isə iki kişi və bir qadın göstərilib. The Daily Beast qəzetinin məlumatına görə, bu şəxslər Demokrat Azlıqların Lideri Çak Şumer, Massaçusets senatoru Elizabet Uorren və ipoteka fırıldaqçılığı üzrə istintaq altında olan Kaliforniya Demokrat senatoru Adam Şiffdir.
Prezident şəkli bir istifadəçinin paylaşımının ekran görüntüsü kimi paylaşaraq, vizual effekti sosial media izləyiciləri ilə bölüşüb.
Mövzular: