Qadın və 10 yaşlı oğlu İstanbulda itkin düşüb
Türkiyədə rus qadın və 10 yaşlı oğlu İstanbulda itkin düşüb. Ailəsi bir neçə gündür onları axtarır.
Ajans.az Mash Telegram kanalına istinadən xəbər verir ki, 32 yaşlı Daria subay olub, valideynləri ilə yaşayır və mühasib işləyirdi. Oğlu isə məktəbdə təhsil alırdı. Mənbələr bildirir ki, son aylarda Daria daha çox özünə qapanıb və demək olar ki, bütün boş vaxtını aktyor Serkan Bolatın rol aldığı türk seriallarına baxmağa sərf edib.
Ailə itkin düşmə barədə Rusiya polisinə məlumat verib. Təhlükəsizlik kameralarının qeydlərinə görə, Daria və oğlu İstanbul hava limanına gedib; bundan sonra onların harada olduğu məlum deyil.
Mövzular: