İlon Mask bu layihəsini vaxtından əvvəl dayandırdı
Sahibkar İlon Maskın təşəbbüsü ilə yaradılan Hökumət Səmərəliliyi Ofisi (DOGE) səlahiyyət müddətinin başa çatmasına səkkiz ay qalmış ləğv edilib.
Ajans.az xəbər verir ki,bu barədə ABŞ Hökumətinin Kadrların İdarə Edilməsi Ofisinin rəhbəri Skott Kupor Reuters agentliyinə məlumat verib.
Kuporun sözlərinə görə, ofis artıq mövcud deyil və DOGE “mərkəzləşdirilmiş struktur” statusunu itirib. Reuters həmçinin bildirir ki, Kadrların İdarə Edilməsi Ofisi ləğv edilmiş qurumun bir çox funksiyalarını öz üzərinə götürüb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən qısa müddət sonra hökumət bürokratiyasının azaldılması və idarəetmənin optimallaşdırılması planını elan etmiş, Elon Maskı isə DOGE-nin rəhbərliyinə təyin etmişdi.
Mövzular: