Keçmiş prezident hallüsinasiyaya görə elektron bilərziyini zədələyib- BU ÖLKƏDƏ...
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro məhkəmədə elektron nəzarət bilərziyinı qəsdən sındırmadığını, hadisənin qəbul etdiyi dərmanların təsiri altında baş verdiyini deyib.
Ajans.az G1 portalına istinadən xəbər verir ki, noyabrın 23-də keçirilən məhkəmə iclasında Bolsonaro bildirib ki, dərmanların yaratdığı “nasazlıq” səbəbindən bilərziyin içərisində dinləmə cihazı olduğunu düşünüb və buna görə ona zərər vurub. Onun sözlərinə görə, baş verənləri tam xatırlamır və insidentin yeni qəbul etməyə başladığı dərmanın yan təsirindən qaynaqlandığını ehtimal edir. Qeyd olunur ki, siyasətçi hadisədən dörd gün əvvəl həmin dərmanı qəbul etməyə başlayıb.
Mövzular: