Reklam resmi
Reklam resmi

Türkiyədə 266 məhkum qidadan zəhərləndi

Türkiyədə 266 məhkum qidadan zəhərləndi
Dünya

Türkiyənin Sakarya şəhərinin Ferizli rayonunda yerləşən Açıq Tipli Cəzaçəkmə Müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib.

Ajans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəhərlənmə şübhəsi ilə 266 məhkum təcili yardım maşınları ilə ətrafdakı şəhər xəstəxanalarına yerləşdirilib.

 

Bildirilib ki, axşam yeməyində məhbuslara balıq konservi verilib. Yeməkdən sonra bir çox məhkum qusma və ürəkbulanma şikayətləri ilə müəssisənin xəstəxanasına müraciət edib.

 

Hadisədən sonra axşam menyusundakı qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.

 

Rəsmi mənbələr məhkumların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu, həyatlarına təhlükə olmadığını və ambulator müalicənin davam etdirildiyini açıqlayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzular:
Türkiyə məhkumlar

Digər Xəbərlər