Reklam resmi
Reklam resmi

Qırmızı Xaç Komitəsi 3 minə yaxın iş yerini ixtisar edir

Qırmızı Xaç Komitəsi 3 minə yaxın iş yerini ixtisar edir
Dünya

Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) 2026-cı ildə 2900 iş yerini ixtisar ediləcək.

Ajans.az Al-Jazeera kanalına istinadən xəbər verir ki, buna səbəb illik büdcəsinin təxminən beşdə biri qədər azaldacağı və və qlobal donorların humanitar maliyyələşdirmədən geri çəkilməsidir. 

BQXK-nın prezidenti Miryana Spolyariç verdiyi açıqlamada bildirib: "Biz artan silahlı münaqişələr, yardım maliyyələşdirməsində əhəmiyyətli azalmalar və beynəlxalq humanitar hüququn ciddi pozuntularına qarşı sistemli tolerantlığın təhlükəli birləşməsi ilə üzləşirik".

Təşkilat xərclərinin 2,2 milyard dollara düşəcəyini təsdiqləyərək, daha geniş yardım sektorunun görünməmiş miqyaslı maliyyə böhranı ilə üzləşdiyi barədə xəbərdar edib.

Bildirilib ki, ABŞ BQXK-nın ən böyük donoru olaraq qalır. Lakin bu il Birləşmiş Krallıq və Almaniya da daxil olmaqla töhfələrini azaldıb.

Mövzular:
BQXK Beynəlxalq Qırmızı Xaç Komitəsi

Digər Xəbərlər