Ölümcül xəstələr üçün əzabdan qurtuluş? Bu ölkədə evtanaziya qanuni olacaq
Sloveniya bəzi ölümcül xəstələr üçün evtanaziyanı (insanın könüllü şəkildə zəhərli dərman, yaxud iynə qəbul etməsidir - red.) qanuniləşdirməyi təklif edən qanuna səs verəcək.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Sloveniya parlamenti qanunu iyul ayında qəbul edib.
Lakin sağçı siyasətçi Ales Primçin rəhbərlik etdiyi vətəndaş təşəbbüsü referendum keçirməyə məcbur edib. Əgər iştirak edən seçicilərin əksəriyyəti qanuna qarşı çıxarsa, qanun rədd ediləcək.
Qeyd edək ki, Avstraliya, Kanada, Hollandiya, Belçika və ABŞ-ın bir neçə ştatında artıq evtanasiyaya icazə verilir. Britaniyanın aşağı palatası bu ilin əvvəlində onu qanuniləşdirmək üçün səs verdi, baxmayaraq ki, qanun layihəsi parlamentin yuxarı palatasında təsdiqini gözləyir.
Britaniyanın qanun layihəsi evtanaziyaya yalnız altı aydan az ömrü qalmış ölümcül xəstə yetkinlərə, iki həkimin təsdiqinə, məhkəmə nəzarətinə və xəstənin özünün dərmanları qəbul etməsinə icazə verir. Sloveniyanın qanunu da buna oxşardır. Qanun layihəsi iki həkimin təsdiqini, eyni zamanda sakitləşmə dövrlərini və xəstənin özünün dərmanları qəbul etməsini tələb edir.