Reklam resmi
Reklam resmi

Bu müəllimlərə ikiqat əməkhaqqı TƏKLİF EDİLƏCƏK

Bu müəllimlərə ikiqat əməkhaqqı TƏKLİF EDİLƏCƏK
Cəmiyyət

Elm və təhsil naziri Emin Əmrullayev “Diqqət mərkəzi” proqramında çıxış edib.

Ajans.az xəbər verir ki, müəllimlərin əməkhaqqısı ilə bağlı yeni mexanizm hazırda sadəcə təklifdir. 

Təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.​

Məqsəd daha şəffaf, ədalətli, proqnozlaşdırıla bilən əməkhaqqı modeli qurmaqdır. Əsas hədəf təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin rifahının yaxşılaşdırılması və əməyə bağlılığının gücləndirilməsidir.

Mövzular:
Emin Əmrullayev “Diqqət mərkəzi” Müəllimlər

Digər Xəbərlər