Reklam resmi
Reklam resmi

Peskov: “Ukrayna hələ danışıqlara razılıq verməyib”

Peskov: “Ukrayna hələ danışıqlara razılıq verməyib”
Dünya

Rusiya, hələlik, Ukraynanın ABŞ prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı yeni planı üzrə danışıqlara razılıq verməsi barədə heç bir məlumat almayıb.

Ajans.az xəbər verir ki,bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlama verib.

Qeyd edək ki, ukraynalı deputat Aleksey Qonçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib. Financial Times-ın məlumatına görə, Ukrayna rəsmiləri sənədi tənqid edib və düzəlişlər olunmadan qəbulolunmaz hesab edirlər. Vaşinqton isə prezident Zelenskidən planı 27 noyabra qədər imzalamasını gözləyir.

Plana NATO-dan imtina, yeni sərhədlərin müəyyən edilməsi, bufer zonasının yaradılması, Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinə məhdudiyyətlər və dondurulmuş Rusiya aktivlərinin istifadəsi kimi müddəalar daxildir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər