Reklam resmi
Reklam resmi

İndoneziyada fəlakət: 30 nəfər həlak olub

İndoneziyada fəlakət: 30 nəfər həlak olub
Dünya

İndoneziyanın Mərkəzi Yava bölgəsinin iki rayonunda baş verən güclü torpaq sürüşmələri nəticəsində 30 nəfər həlak olub, təxminən 40 nəfər isə itkin düşüb.

Ajans.az xəbər verir ki,bu barədə Reuters ölkənin Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü Əbdül Muhariyə istinadən məlumat yayıb.

Güclü yağışların səbəb olduğu sürüşmələr ötən həftənin sonlarında Cilacap şəhəri və Banjarnegara rayonunda qeydə alınıb. Hadisə nəticəsində onlarla evə ciddi ziyan dəyib, 900-dən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Xilasetmə işləri hazırda davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya fəlakət

Digər Xəbərlər