Reklam resmi
Reklam resmi

Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı ehtimal olunan tarix açıqlanıb

Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı ehtimal olunan tarix açıqlanıb
Dünya

Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq üçün ehtimal olunan tarix bəlli olub.

Ajans.az Financial Times-a istinadən xəbər verir, Ukrayna rəsmilərinə istinadən yazır ki, Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskinin noyabrın 27-si, cümə axşamına qədər münaqişənin həlli üçün yeni planı imzalamasını gözləyir.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Zelenskidən sənədi Şükranlıq Günündən əvvəl təsdiqləməsini tələb edir və bundan sonra planın Moskvaya sülh müqaviləsi kimi təqdim olunması nəzərdə tutulur.

Plana əsasən, sənəd imzalandıqdan sonra Rusiya tərəfinə göndəriləcək. Bu prosesin noyabr ayının sonuna qədər tamamlanması, münaqişənin həlli ilə bağlı bütün mərhələlərin isə 2025-ci ilin dekabrına qədər yekunlaşdırılması gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər