Reklam resmi
Reklam resmi

Dəhşətli qatar qəzası- BU ÖLKƏDƏ...

Dəhşətli qatar qəzası- BU ÖLKƏDƏ...
Dünya

Çexiyanın Çexiya Budeyovitse bölgəsində Zlivı–Divçiçe xəttində iki sərnişin qatarının toqquşması nəticəsində təxminən 40 nəfər xəsarət alıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə barədə Cənubi Bohemiya Xilasetmə Xidmətinin sözçüsü Petra Kafková və Dəmir Yolu Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin sözçüsü Martin Kavka açıqlama veriblər.

Məlumata əsasən, yaralılardan beşi ağır vəziyyətdə Çexiya Budeyovitse xəstəxanasına çatdırılıb.

Qəzanın səbəbi araşdırılır. Xilasetmə xidmətləri və dəmir yolu mütəxəssisləri hadisə yerində çalışır. Xətt üzrə qatar hərəkəti müvəqqəti olaraq dayandırılıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çexiya qatar qəzası

Digər Xəbərlər