Reklam resmi
Reklam resmi

Tramp Rusiya–Ukrayna müharibəsini bitirəcəyinə inandığını açıqladı

Tramp Rusiya–Ukrayna müharibəsini bitirəcəyinə inandığını açıqladı
Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoyacağına inamını bir daha ifadə edib və eyni zamanda Moskvanın prosesə yanaşmasının onu məyus etdiyini vurğulayıb.

Ajans.az xəbər verir ki,dövlət başçısı bu barədə Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı danışıb.

“Mən səkkiz müharibəni həll etdim və hələ də həll olunmalı olan biri var. Hansı müharibə olduğunu bilirsiniz. Düşünürdüm ki, bu, həll edilməsi ən asan olacaq, çünki Rusiya prezidenti Putinlə yaxşı münasibətlərim var. Amma Putindən bir az məyus oldum. Və o, bunu bilir”, – deyə Tramp bildirib.

Prezident həmçinin Rusiya–Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağına əmin olduğunu qeyd edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Donald Tramp

Digər Xəbərlər