ABŞ Epşteyn işi ilə bağlı sənədləri bir ay ərzində açıqlayacaq
ABŞ Ədliyyə Nazirliyi, prezident Donald Trampın müvafiq qanun layihəsini imzalamasından sonra 30 gün ərzində qalmaqallı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədləri açıqlayacaq. Bu barədə ABŞ Baş prokuroru Pam Bondi məlumat verib.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, nazirlik Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş qanunun tələblərinə uyğun şəkildə hərəkət edəcək. Onun sözlərinə görə, sənədlərin açıqlanması qurbanların müdafiəsi və prosesdə maksimum şəffaflığın təmin edilməsi məqsədi daşıyır.
Bundan əvvəl ABŞ Senatı uşaq təcavüzü ilə bağlı ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin açıqlanmasını nəzərdə tutan qanun layihəsini qəbul etmişdi.
Mövzular: