Reklam resmi
Reklam resmi

Araz Musayevin bıçaqlanmasına görə tutulanlar azad edildi

Araz Musayevin bıçaqlanmasına görə tutulanlar azad edildi
Kriminal

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Ajans.az xəbər verir ki, ötən gün Türkiyənin Antalya şəhərində keçirilən 6 saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar bu il mayın 28-də A. Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. (Mənbə: oxu.az)

Mövzular:
Araz Musayev bıçaqlanma tutlanlar

Digər Xəbərlər