Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanı bombaladı: 9 ölü, 20 yaralı...

Rusiya Ukraynanı bombaladı: 9 ölü, 20 yaralı...
Dünya

Noyabrın 19-u gecəsi Rusiyanın Ternopola hava hücumu nəticəsində 9 nəfər həlak olub, 20-dən çox adam  yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynaının baş naziri Yuliya Sviridenko bildirib.

O, Ternopol, Lvov və İvano-Frankivsk vilayətlərinin rəhbərləri ilə onlayn görüş keçirib. Baş nazir Rusiya hücumunun nəticələri və sonrakı təmizləmə işləri barədə hesabatları dinləyib.

Onun sözlərinə görə, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri fəlakətin nəticələrini təmizləyir. Təcili yardım məntəqələri fəaliyyətdədir.

Bundan əlavə, insanları dəstəkləmək üçün əlavə infrastruktur, o cümlədən istilik və yemək məntəqələri yayardılıb. 

Sviridenko əlavə edib ki, hökumət bölgələrlə əlaqə saxlayır və bütün lazımi yardımı göstərəcək.

Mövzular:
Rusiya Ukrayna müharibə

Digər Xəbərlər