Ajans.az xəbər verir ki, sakin Nazim Əsədovun sözlərinə, 85 saylı Mənzil İstismar Sahəsi öz konteynerlərini yolun hərəkət hissəsinə çıxarıb. Bu da nəticədə, avtobusları digər zolağa keçməyə məcbur edərək tıxac və qəza riski yaradır. O əlavə edir ki, konteynerlər üçün betonlanmış xüsusi yer mövcud olsa da, onlar yol kənarına gətirilib.
85 saylı Mənzil İstismar sahəsinin rəisi Elcan Orucov isə bildirir ki, 99 saylı binanın tullantıları bir neçə gündür daşınmır. Səbəb – sakinlərin tullantı xidmətinə görə borclu olmasıdır. Zibil qalaqlanıb qaldığına görə, onlar da 99 saylı binanın konteynerlərini kənara çəkiblər. Səbəbi isə budur ki, toplanıb qalan zibilin 91 saylı binanın olmadığını, məhz 99 saylı binaya məxsus olduğunu göstərməkdir. Borc ödənildikdən sonra konteynerlər yenidən öz yerinə qaytarılacaq. Onun sözlərinə görə, avtobus zolağına qoyulma müvəqqəti tədbirdir.
Bildirildi ki, buna səbəb ərazidəki relyefin əldverişsiz olması və yalnız həmin hissənin uyğun gəlməsidir.