Reklam resmi
Reklam resmi

Zelenski Rusiya ilə sülh danışıqlarının bərpa olunacağını açıqladı

Zelenski Rusiya ilə sülh danışıqlarının bərpa olunacağını açıqladı
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya ilə faktiki olaraq 2025-ci ilin yayında İstanbulda keçirilən görüşlərdən sonra dayandırılmış sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib.

Ajans.az xəbər verir ki,bu barədə o, Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, bu məqsədlə o, 19 noyabr çərşənbə günü Türkiyəyə səfər edəcək və bir sıra görüşlər keçirəcək. “Biz danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təqdim edəcəyimiz həllər hazırlamışıq. Müharibəyə son qoymaq üçün əlimizdən gələni etmək Ukraynanın əsas prioritetidir”, – deyə dövlət başçısı vurğulayıb. O əlavə edib ki, administrasiya əsir mübadiləsinin bərpa olunması üçün də aktiv şəkildə çalışır.

Reuters agentliyinin diplomatik mənbələrə istinadən xəbərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov da çərşənbə günü Türkiyəyə gələcək və Zelenski ilə planlaşdırılan danışıqlarda iştirak edəcəyi gözlənilir.

Ötən həftənin sonunda məlum olub ki, Ukrayna Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vasitəçiləri ilə Rusiya arasında yeni əsir mübadiləsi ilə bağlı məsləhətləşmələri bərpa edib. Tərəflər bu təşəbbüsü dəstəkləməyə iyul ayında razılıq veriblər. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib: “Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılaşıblar. Bu, 1200 ukraynalının azad edilməsi ilə bağlıdır”.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər