Reklam resmi
Reklam resmi

Tramp daha bir münaqişənin tezliklə bitəcəyini elan etdi

Tramp daha bir münaqişənin tezliklə bitəcəyini elan etdi
Dünya

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə işarə edərək yaxın vaxtlarda daha bir beynəlxalq münaqişənin başa çatacağını bildirib.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı TASS yayıb.

Amerika lideri konkret hansı münaqişədən danışdığını açıqlamasa da, daha əvvəl Rusiya–Ukrayna savaşına dair oxşar ifadələr səsləndirib. Tramp çıxışı zamanı həmçinin qiymətlərin aşağı salınması və səkkiz hərbi münaqişəyə son qoyulması istiqamətində gördüyü işləri xatırladıb.

“Sadəcə istəyirəm ki, insanlar qiymətlərin azaldılması və səkkiz münaqişənin dayandırılması sahəsində gördüyüm böyük işi tanısınlar. İnanıram ki, daha biri tezliklə bitəcək”, – deyə ABŞ prezidenti vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər