ABŞ Yaponiyadakı bazasından "Typhon" qurğularını çıxardı
Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni şəhərində ABŞ bazasında yerləşdirilən "Typhon" orta mənzilli raket sistemi çıxarılır.
Ajans.az Xinhua nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaponiyanın Qüvvələri və ABŞ ordusu 11 sentyabrdan 25 sentyabra qədər Yaponiyanın Kyuşu və digər ərazilərində genişmiqyaslı birgə təlim keçirib və bu təlim zamanı ABŞ ordusu ilk dəfə "Typhon" sistemini Yaponiyada yerləşdirib.
"Kyodo News" agentliyi İvakuni şəhərindəki mənbələrə istinadən bildirib ki, Müdafiə Nazirliyi əvvəllər təlim bitdikdən təxminən bir həftə sonra sistemin çıxarılacağına söz verib.
Xiroşima və Yamaquçi prefekturalarından olan vətəndaş qrupları 10 noyabrda birgə təlim adı altında müvəqqəti yerləşdirilmənin daimi ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda Yaponiya hökumətini ABŞ ordusunu İvakunidə yerləşdirilən Typhon sistemini geri çəkməyə çağıran petisiya təqdim ediblər.