Qırmızı Aypara: Liviya sahillərində iki miqrant qayığı batıb
Liviya Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, Liviyanın sahil şəhəri Əl-Xums yaxınlığında 95 qeyri-qanuni miqrantı daşıyan iki qayığın aşması nəticəsində ən azı dörd nəfər həlak olub.
Ajans.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Qızıl Aypara Cəmiyyətinin Facebook-dakı açıqlamasında bildirilir ki, birinci qayıqda Banqladeşdən olan 26 miqrant olub, onlardan dördü ölüb.
İkinci qayıqda iki misirli və onlarla sudanlı da daxil olmaqla 69 miqrant olub.
Mövzular: