Bu kəndlərə növbəti köç karvanları yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ajans.az xəbər verir ki, bu gün Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.
Bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə, - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə, - 219 nəfər köçürülüb.
Sözügedən kəndlərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Mövzular: