Hindistanda hərbi təyyarə qəzaya uğrayıb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə ölkənin cənubunda qəzaya uğrayıb.
Ajans.az PTI agentliyinə istinadən xəbər verir.
Pilatus PC-7 tipli təyyarə Çennay şəhərinin bir rayonunda yerə düşüb. Bildirilir ki, təyyarə planlı təlim uçuşu həyata keçirirmiş. Pilot vaxtında katapult edərək təhlükəsiz şəkildə xilas ola bilib.
Mövzular: