Reklam resmi
Reklam resmi

Misirdə QƏZA: Yaralılar arasında Azərbaycanlılar da var

Misirdə QƏZA: Yaralılar arasında Azərbaycanlılar da var
Dünya

Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında hərəkət edən turist mikroavtobusu minik avtomobili ilə toqquşub. Nəticədə iki Azərbaycan vətəndaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb.

Ajans.az xəbər verir ki,bu barədə “Ən-Nahar” qəzeti məlumat yayıb.

Məlumata görə, qəza zamanı bir Misir vətəndaşı həyatını itirib. Beş rus turist, iki Azərbaycan vətəndaşı və bir Almaniya vətəndaşı olmaqla ümumilikdə yeddi nəfər xəsarət alıb.

Qəzet bildirir ki, yaralılar təcili tibbi yardım vasitəsilə Əl-Quseyr Mərkəzi Xəstəxanasına çatdırılıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Misir Azərbaycan

Digər Xəbərlər