Çin ən böyük qızıl yatağını kəşf edib
Çin geoloqları ölkənin şimal-şərqində yerləşən Liaoning əyalətində 1440 ton qızıl ehtiyatına malik, Çin üzrə ən böyük aşağı dərəcəli qızıl yatağını aşkar ediblər.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı ölkənin Təbii Sərvətlər Nazirliyi yayıb.
Nazirliyin WeChat hesabında bildirilib ki, Dadonggou yatağında qızılın orta konsentrasiyası ton başına 0,56 qram təşkil edir. Uzunluğu 3100 kilometrdən çox olan filiz gövdəsi 115–913 metr dərinlikdə yerləşir. Onun orta qalınlığı 263 metr, maksimal qalınlığı isə 513 metrdir.
Açıqlamada qeyd olunur ki, yatağın inkişafı Çinin strateji qızıl ehtiyatlarının artırılmasına mühüm töhfə verəcək və Liaoning əyalətində dünya səviyyəli qızılçıxarma bazasının formalaşmasına şərait yaradacaq.
Mövzular: