Makron xəbərdarlıq etdi: "Kosmos artıq döyüş meydanına çevrilib"
Fransa Prezidenti Emmanuel Makron 2030-cu ilə qədər hərbi kosmik fəaliyyətlərin maliyyələşdirilməsi üçün 4.2 milyard avro ayıracaq.
Ajans.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Makron xəbərdarlıq edərək deyib: "Kosmos artıq döyüş meydanına çevrilib. Bugünkü müharibələr artıq kosmosda aparılır və sabahkı müharibə kosmosda başlayacaq. Biz hazır olmalıyıq; bu, quruda, havada və dənizdə hərbi əməliyyatların uğuru üçün şərt olacaq", - deyə o əlavə edib.
O iddia edib ki, Rusiyanın kosmik aparatları Fransa peyklərini izləyiblər və kosmik infrastrukturuna kiberhücum planlaşdırıblar.
Makron həmçinin Almaniya ilə birgə "Avrora" radar sistemindən istifadə sahəsində əməkdaşlıq barədə elan edib.
Mövzular: