Reklam resmi
Reklam resmi

Türkiyəyənin daha bir təyyarəsi QƏZAYA uğradı: Pilot HƏLAK OLDU

Türkiyəyənin daha bir təyyarəsi QƏZAYA uğradı: Pilot HƏLAK OLDU
Gündəm

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Məlumata görə, texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri olan AT802 tipli təyyarə Serj şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.

Mövzular:
Türkiyə təyyarə qəzası

Digər Xəbərlər