İran 12 günlük müharibəyə görə ABŞ-dan təzminat tələb edir
İran ABŞ-dan bu ilin iyun ayında İsraillə baş vermiş 12 günlük müharibəyə görə təzminat tələb edib.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı ISNA xəbər agentliyi yayıb. Bildirilir ki, tələb İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd olunub.
Tehran müraciətinin əsas arqumenti kimi “ABŞ prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzündə rolunu etiraf etməsini” göstərib.
Məktubda deyilir:
“ABŞ bu pozuntular nəticəsində İslam Respublikasına və onun vətəndaşlarına dəyən maddi və mənəvi ziyanı tam şəkildə kompensasiya etməyə borcludur.”
Əraqçi həmçinin vurğulayıb ki, Tehran Vaşinqton və Təl-Əvivdəki ayrı-ayrı vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə etmək hüququnu özündə saxlayır.
Mövzular: