Reklam resmi
Reklam resmi

Tramp İsrail prezidentindən Netanyahunu əfv etməsini xahiş edib

Tramp İsrail prezidentindən Netanyahunu əfv etməsini xahiş edib
Dünya

İsrail prezidenti İsaak Herzoq, ABŞ prezidenti Donald Trampdan İsrailin baş naziri Binyamin Netanyahunu əfv etməyi düşünməsini xahiş edən məktub alıb.

Ajans.az xəbər verir ki,bu barədə Kan telekanalı məlumat yayıb.

Məlumata görə, Herzoq bu gün Ağ Ev rəhbərinin imzaladığı məktubu qəbul edib, lakin sənədin məzmunu barədə ətraflı məlumat verilməyib.

Əgər Binyamin Netanyahu məhkəməyə verilərsə, bu, İsrail tarixində ilk dəfə baş nazirin mühakimə olunması halı olacaq.

Xatırladaq ki, Donald Tramp bu ilin iyun ayında verdiyi açıqlamada Netanyahunun məhkəməsinin ləğv edilməli olduğunu və ya onun “böyük qəhrəman kimi” əfv edilməli olduğunu söyləmişdi.

Tramp həmçinin qeyd edib ki, Netanyahudan daha “harmoniyada işləmək bacarığına malik siyasətçi tanımadığını” bildirib.

Qeyd edək ki, 2016-cı ilin dekabrından etibarən İsrail baş nazirinə qarşı korrupsiya və hökmətin maraqları naminə qanunsuz lobbiçilik ittihamları üzrə bir neçə cinayət işi açılıb. Bu işlər üzrə məhkəmə prosesi 2020-ci ilin may ayında başlayıb və hələ də davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Binyamin Netanyahu

Digər Xəbərlər