Reklam resmi
Reklam resmi

Gürcüstanın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb

Gürcüstanın keçmiş baş nazirinə qarşı cinayət işi açılıb
Dünya

Gürcüstan Baş Prokurorluğu ölkənin keçmiş Baş naziri (2019–2021-ci illərdə) Giorgi Qaxariyaya qarşı cinayət işi açıb.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı TASS agentliyi yayıb.

Baş prokuror Giorgi Qvarakidze brifinq zamanı bildirib ki, istintaq 2019-cu il 20–21 iyun hadisələri (Tbilisidə etiraz aksiyasının dağıdılması) və Çorçani kəndində nəzarət məntəqəsinin tikintisi ilə bağlıdır.

“Gürcüstan Prokurorluğu keçmiş Baş nazir Giorgi Qaxariyaya qarşı cinayət işi açıb. İş 20–21 iyun 2019-cu il hadisələri və Çorçani kəndindəki nəzarət məntəqəsinin tikintisi ilə əlaqədardır,” – deyə Qvarakidze bildirib.

Məlumata görə, Giorgi Qaxariya 13 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Hazırda istintaq davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan Giorgi Qaxariya

Digər Xəbərlər