Reklam resmi
Reklam resmi

Müdafiə Nazirliyindən xəbərdarlıq- Təşvişə düşməyin

Müdafiə Nazirliyindən xəbərdarlıq- Təşvişə düşməyin
Cəmiyyət

Pirəkəşkül və Ağdərədə 12-14 noyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib.

Mövzular:
Müdafiə Nazirliyi xəbərdarlıq əhali

Digər Xəbərlər