Türkiyədə körpü ÇÖKDÜ: Dörd ölü, beş yaralı
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verən qəfil çökmə nəticəsində 4 işçi ölüb, beşi isə yaralanıb.
Ajans.az bu barədə İHA-ya istinadən xəbər verir.
Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində, Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilməkdə olan dairəvi yolda körpünün bir hissəsi çöküb.
Məlumata görə, qəza nəticəsində beş nəfər yaralanıb. Məlumat daxil olduqdan sonra hadisə yerinə AFAD, 112 Təcili Yardım, jandarma və yanğınsöndürmə qrupları göndərilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Mövzular: