Erməni nazir Azərbaycandan gətirilən çörəyi ilk dadacaq
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan ərazisindən tranzit yolu ilə idxal edilən Qazaxıstan buğdasından bişiriləcək çörəyi ilk dadan şəxs olacağını bildirib.
Ajans.az xəbər verir ki,nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edərək yazıb:
“Əvvəlcə bu buğda çörəyini yeyəcəyəm.”
Bir neçə gün əvvəl Qazaxıstan taxılını daşıyan qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1000 ton dördüncü dərəcəli buğda ölkəyə idxal edilib.
Bu çatdırılma Azərbaycanın tranzit yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub.
Mövzular: