Reklam resmi
Reklam resmi

Çeçenistanda dəfn mərasimi zamanı 20 nəfər yaralandı

Çeçenistanda dəfn mərasimi zamanı 20 nəfər yaralandı
Dünya

Çeçenistanda dəfn mərasimi zamanı taxta eyvanın uçması nəticəsində 20 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə Qudermes rayonunda baş verib. Məlumata görə, yerli sakinlər dəfn mərasimini şəxsi evin taxta eyvanından izləyirmişlər. Lakin eyvan çoxsaylı insanların çəkisinə tab gətirməyərək uçub.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. 20 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çeçenistan dəfn mərasimi

Digər Xəbərlər