Reklam resmi
Reklam resmi

Suriya hakimiyyəti Əsədi məsuliyyətə cəlb etmək niyyətindədir

Suriya hakimiyyəti Əsədi məsuliyyətə cəlb etmək niyyətindədir
Dünya

Hazırkı Suriya rəhbərliyi keçmiş lider Bəşər Əsədin hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsinin vacib olduğunu bildirir.

Ajans.az xəbər verir ki,bu barədə müvəqqəti Suriya prezidenti Əhməd əl-Şaraa Fox News-a verdiyi müsahibədə açıqlayıb.

“Ədalət zəfər çalmalıdır. Biz Bəşər Əsəd də daxil olmaqla, hər kəsi hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq,” – deyə o vurğulayıb.

Oktyabr ayında isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə görüşdə bildirib ki, Əsəd və ailə üzvləri Rusiyada yalnız humanitar səbəblərə görə saxlanılır, çünki keçmiş prezident öz vətənində fiziki zorakılığa məruz qalıb.

2024-cü ilin noyabrında silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücumlar həyata keçirib. 8 dekabrda müxalifət Dəməşqə daxil olub, Əsəd prezident vəzifəsindən istefa verərək ölkədən qaçıb. Bundan sonra Əhməd əl-Şaraa Suriyanın faktiki lideri kimi fəaliyyət göstərməyə başlayıb və 29 yanvar 2025-ci ildə dörd-beş illik keçid dövründə prezident səlahiyyətlərini icra edən elan olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Suriya Bəşər Əsəd

Digər Xəbərlər