Reklam resmi
Reklam resmi

Tayvanda təmizlik işçisi müasir incəsənət əsərini səhvən zədələyib

Tayvanda təmizlik işçisi müasir incəsənət əsərini səhvən zədələyib
Dünya

Tayvandakı bir muzeydə könüllü təmizlik işçisi müasir rəssam Çen Sonqzinin instalyasiyasını səhv anlayaraq zədələyib.

Ajans.az Metro nəşrinə istinadən xəbər verir ki, işçi çirkli güzgünü tualet kağızı ilə silərək əsərin orijinal görünüşünə təsir edib.

Hadisə “Biz Mənik” sərgisi çərçivəsində nümayiş etdirilən və illərdir tozlu vəziyyətdə saxlanılan taxta panel üzərindəki güzgü əsərinə təsir edib. Rəssam əsərin mərkəzdəki toz və ləkələri mədəni şüurun və yoxa çıxmış xatirələrin simvolu kimi nəzərdə tutduğunu açıqlayıb. Təmizlik işçisinin müdaxiləsi nəticəsində isə əsərin orijinal, tozlu görünüşü tam bərpa oluna bilməyib.

Muzey rəhbərliyi rəssamdan rəsmi üzr istəyib və mümkün kompensasiyanı nəzərdən keçirir. Hadisə həm hüquqi, həm də fəlsəfi müzakirələrə səbəb olub: hüquqşünaslar qeyd ediblər ki, tozlanma klassik mənada “maddi zərər” hesab olunmaya bilər, bu da kompensasiyanı çətinləşdirir. Eyni zamanda, bəzi incəsənət tarixçiləri könüllülərin müdaxiləsini əsərin tarixində yeni bir fəsil kimi qiymətləndiriblər.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayvan Çen Sonqzin

Digər Xəbərlər