Qadın zərgərin üzünə çili tozu atdı – VİDEO
Hindistanın Qucarat əyalətində bir qadının zərgərlik mağazasını soymaq cəhdi uğursuz alınıb.
Ajans.az xəbər verir ki,Əhmədabad şəhərində baş verən hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər qısa zamanda sosial mediada geniş yayılıb.
Hadisə 3 noyabr saat 12:30 radələrində, Əhmədabaddakı Ranip tərəvəz bazarının yaxınlığında yerləşən qızıl və gümüş mağazasında baş verib. Üzünü dupatta ilə örtən qadın mağazaya müştəri kimi daxil olub, lakin bir neçə dəqiqə sonra qəfil hərəkətlə dükan sahibinin gözlərinə çili tozu ataraq onu soymaq istəyib.
Lakin çili tozu sahibkarın gözlərinə çatmayıb. Qadının niyyətini anlayan zərgər dərhal ayağa qalxaraq 25 saniyə ərzində ona təxminən 20 dəfə şillə vurub. Daha sonra piştaxtadan tullanaraq qadını dükandan sürüyüb çıxarıb və zərbələr endirməyə davam edib.
Hadisənin görüntüləri sosial mediada milyonlarla baxış toplayıb və istifadəçilər tərəfindən geniş müzakirə olunub. Bir çoxları dükan sahibinin soyuqqanlı və cəsarətli davranışını alqışlayıb, bəziləri isə fiziki zorakılığın miqdarını mübahisə mövzusu edib.
@mustsharenews Robbers are scared of him now! ????️???? #mustsharenews #sgfyp #india ♬ original sound - MustShareNews