Reklam resmi
Reklam resmi

Britaniyada qadın boynundan bıçaqlandıb

Britaniyada qadın boynundan bıçaqlandıb
Dünya

Böyük Britaniyanın Birminhem şəhərində baş verən bıçaqlanma hadisəsi nəticəsində 34 yaşlı qadın dünyasını dəyişib.

Ajans.az xəbər verir ki,bu barədə West Midlands Polisi məlumat yayıb.

Polisin açıqlamasına görə, qadın cümə gecəsi saat 21:00-dan bir qədər əvvəl Smallbrook Queensway küçəsində boynundan bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 21 yaşlı Ceyson Rafael saxlanılıb. O, əvvəlcə qətl cəhdində ittiham olunub, lakin qadının ölümündən sonra ittihamların dəyişdirilməsi üçün ərizə təqdim ediləcək. Rafael bazar ertəsi səhər Birminhem Magistrat Məhkəməsinə çıxarılacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya Birminhem şəhəri

Digər Xəbərlər