Reklam resmi
Reklam resmi

Bitki mənşəli məlhəm səbəbindən qadının dərisi “ilan dərisinə” çevrildi

Bitki mənşəli məlhəm səbəbindən qadının dərisi “ilan dərisinə” çevrildi
Dünya

Çinli qadın uzun illər bitki mənşəli məlhəmdən istifadə etdikdən sonra ağır dəri xəstəliyinə tutulub.

Ajans.az xəbər verir ki,bu barədə South China Morning Post məlumat yayıb.

Məlumata görə, 40 yaşlı Tintinq on il ərzində ənənəvi Çin tibbinə əsaslanan məlhəmdən istifadə etdikdən sonra bədənində ilan dərisini xatırladan bənövşəyi-qırmızı naxışlar əmələ gəlib. Naxışlar demək olar ki, qadının bütün bədənini örtüb.

Həkimlər ona ikinci dərəcəli böyrəküstü vəzi çatışmazlığı diaqnozu qoyublar. Səbəb kimi qadının onlayn sifariş etdiyi məlhəmin tərkibindəki hormonal maddələrin uzunmüddətli istifadəsi göstərilib.

Nanjin Universiteti Xəstəxanasının dermatoloqu Vanq Fey bildirib ki, internetdə satılan bir çox oxşar məhsullar tərkibində güclü steroidlər daşıyır. Bu maddələr simptomları müvəqqəti azaltsa da, asılılıq və ciddi sistem pozğunluqları yarada bilər.

Tintinqin ənənəvi dərman adı ilə satılan məlhəmlərə 100 min yuan (təxminən 1,1 milyon rubl) xərclədiyi qeyd olunur. Qadın xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti yaxşılaşmağa başlayıb, lakin məlhəmin istehsalçısına qarşı məhkəmə iddiası qaldırılıb-qaldırılmayacağı hələlik məlum deyil.

https://t.me/Ajansaz_official

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin məlhəm

Digər Xəbərlər