Reklam resmi
Reklam resmi

Kaladze: “Aİ Gürcüstanla dostluqdan danışır, amma inqilaba hazırlaşır”

Kaladze: “Aİ Gürcüstanla dostluqdan danışır, amma inqilaba hazırlaşır”
Dünya

Avropa İttifaqı (Aİ) Gürcüstanla dostluqdan danışır, lakin əslində ölkədə inqilab hazırlığı aparır.

Ajans.az xəbər verir ki,bu barədə TASS xəbər agentliyinin məlumatına görə, hakim “Gürcü Arzusu” Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bəyan edib.

“Bir tərəfdən onlar Gürcüstanın dostu olduqlarını deyirlər, digər tərəfdən isə dövlət çevrilişi, inqilab, ekstremizm və zorakılığı təşviq etməklə məşğuldurlar. Bu, nə dostluq, nə də tərəfdaşlıq çərçivəsinə sığır,” – deyə Kaladze bildirib.

Tbilisi meri vurğulayıb ki, Gürcüstan Aİ ilə dostluğa və əməkdaşlığa açıqdır, lakin Brüsselin Tbilisinin maraqlarına hörmətlə yanaşması vacibdir.

 https://t.me/Ajansaz_official

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa İttifaqı Gürcüstan

Digər Xəbərlər