Reklam resmi
Reklam resmi

ABŞ Çinə qarşı ticarət araşdırmasını bir il müddətinə dayandırıb

ABŞ Çinə qarşı ticarət araşdırmasını bir il müddətinə dayandırıb
Dünya

Vaşinqton administrasiyası Çinə qarşı gəmiqayırma və gəmiçilik sahəsində aparılan ticarət araşdırmasını bir il müddətinə dayandırıb.

Ajans.az xəbər verir ki,bu barədə ABŞ Ticarət Nümayəndəsi Ofisi 9 noyabr tarixli bəyanatında məlumat verib.

Sənədə əsasən, istintaqdakı bütün tədbirlər 10 noyabr gecə yarısından etibarən dayandırılacaq. Araşdırma 2024-cü ilin aprelində başlanıb və Çinin gəmiqayırma, gəmiçilik və logistika sahələrində iddia edilən “ədalətsiz təcrübələri” ilə bağlı olub. ABŞ hakimiyyəti iddia edir ki, Çin bu sahələrdə dominant mövqe əldə etməyə çalışır.

Bəyanatda vurğulanır ki, araşdırmanın dayandırılması ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında 1 noyabr 2025-ci ildə əldə olunan tarixi ticarət və iqtisadi razılaşmalardan sonra baş verir. ABŞ tərəfi istintaq zamanı qaldırılan məsələləri Çin hakimiyyəti ilə müzakirə edəcək.

Sənəddə həmçinin qeyd olunur:

“Bu tədbirləri həyata keçirərkən, ABŞ daxili və əsas müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr apararaq, Amerika gəmiqayırmasını dirçəltmək üçün səylərini davam etdirəcək.”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Çin

Digər Xəbərlər