Reklam resmi
Reklam resmi

İstanbul Prokurorluğu Netanyahu üçün həbs orderi verib

İstanbul Prokurorluğu Netanyahu üçün həbs orderi verib
Dünya

İstanbul Baş Prokurorluğu İsrail Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz və digər yüksək vəzifəli İsrail rəsmiləri barəsində Qəzza zolağında soyqırım və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi verib.

Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti İstanbul Baş Prokurorluğuna istinadən xəbər yayıb.

Prokurorluğun açıqlamasında qeyd olunur:

“İsrail Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yisrael Katz və digərləri də daxil olmaqla 37 nəfər şübhəli barədə soyqırım və insanlığa qarşı cinayət ittihamları ilə həbs orderləri verilib.”

Qurum vurğulayıb ki, İsrail hakimiyyəti Qəzza zolağında soyqırım, kütləvi bombardman və humanitar yardımın qarşısını almaqda ittiham olunur.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) də İsrail Baş naziri Binyamin Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qalant barəsində insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ittihamı ilə həbs orderi vermişdi.

Həmin qərarda, həmçinin İsrailin Qəzzada hava zərbəsində öldürüldüyünü iddia etdiyi HƏMAS komandiri Məhəmməd Deyf üçün də həbs orderi yer almışdı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İstanbul Netanyahu

Digər Xəbərlər