Reklam resmi
Reklam resmi

Məşhur aparıcı hava limanında qalmaqala səbəb oldu

Məşhur aparıcı hava limanında qalmaqala səbəb oldu
Dünya

Rusiyalı teleaparıcı Larisa Quzeyeva Tbilisi hava limanında biznes klass oturacaqları ilə bağlı qalmaqal yaradıb.

Ajans.az Mash telegram kanalına istinadən xəbər verir.

Məlumata görə, Quzeeva qızı və körpə uşağı ilə birlikdə Mercedes mikroavtobusu ilə hava limanına gəlib. Onlar 7 noyabrda Moskvaya biznes klassla uçmalı idilər. Qeydiyyat masasında məlum olub ki, teleaparıcının istədiyi oturacaqlar artıq tutulub.

Şahidlərin sözlərinə görə, Quzeeva hava limanı işçiləri ilə məsələləri həll etməyə çalışsa da, on dəqiqə sonra əsəbləşib. O, “bir neçə xoş söz”dən sonra təyyarəyə minib və nəticədə biznes klassla uçsa da, istədiyi oturacaqlarda əyləşə bilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Larisa Quzeyeva Tbilisi

Digər Xəbərlər