Reklam resmi
Reklam resmi

Saakaşviliyə yeni cinayət işi açıldı

Saakaşviliyə yeni cinayət işi açıldı
Dünya

Gürcüstan Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvili və bir neçə müxalifət liderinə qarşı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, baş prokuror Giorgi Qvarakidze bunu 6 noyabrda keçirilən brifinqdə açıqlayıb.

"Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı dövlətə qarşı cinayət ittihamları ilə cinayət işi açılıb. Xüsusilə, bunlara təxribat, xarici dövlətə düşmənçilik fəaliyyətində kömək etmək, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətləri maliyyələşdirmək və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla devrilməsinə çağırışlar daxildir", - Qvarakidze bildirib.

Mövzular:
Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvili cinayət işi

Digər Xəbərlər