Meqan Markl Hollivudda qayıdır
Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl səkkiz illik fasilədən sonra Hollivudda aktyorluq karyerasına geri dönüb.
Ajans.az The Sun qəzetinə istinadən xəbər verir ki, Marklə bir sıra təkliflər olub, lakin o, yalnız özünə uyğun olan layihəni seçib. Mənbələr bildirir ki, Şahzadə Harri onu tam dəstəkləyir və sadəcə sevdiyi işi görməsini istəyir.
Markl 5 noyabrda Pasadenada Amazon MGM Studios-un layihəsi olan “Queer” filminin “Folk” rolunu canlandırarkən görüntülənib. Filmdə həmçinin Henri Qoldinq, Bri Larson, Lili Kollins və Cek Kueyd də rol alıb. Mənbələr qeyd edir ki, bu onun üçün ələmətdar andır və sevdiyi işə qayıtmasını simvolizə edir.
Meqan Markl “Suits” serialı ilə dünya miqyasında məşhurlaşıb, həmçinin “Remember Me” və “Horrible Bosses” kimi filmlərdə rol alıb. 2017-ci ildə Şahzadə Harri ilə toyundan əvvəl o, aktiv aktyorluq fəaliyyətini dayandırmışdı.