Reklam resmi
Reklam resmi

Türkiyədə 1 milyard dollar dəyərində qızıl yatağı kəşf edilib

Türkiyədə 1 milyard dollar dəyərində qızıl yatağı kəşf edilib
Dünya

Türkiyənin Sivas əyalətindəki Kanqal rayonunda böyük qızıl yatağı aşkar edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatları təxminən 12 ton qızıl təşkil edir ki, bu da hazırkı məzənnə ilə təxminən 1,7 milyard dollar dəyərindədir.

Ajans.az Türkiyə KİV-lərə istinadən xəbər verir ki,Ermaden şirkəti 5800 hektardan çox ərazini əhatə edən sahənin işlənməsi üçün lisenziyaya malikdir. Hazırda 360 yerdə qazma işləri başa çatıb və süxur nümunələri təhlil edilib. Təhlillərə əsasən, yatağın tərkibində tonuna görə 0,89 qram qızıl dərəcəsi olan 14 milyon tona qədər filiz ola bilər.

Kəşfiyyat işləri hələ də davam edir. Əlavə qazma işləri və beynəlxalq ekspertlərin iştirakı ilə yatağın potensial ehtiyatları dəqiqləşdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə qızıl yatağı

Digər Xəbərlər