Kreml: Putin-Tramp görüşünə təcili hazırlıq görməyə ehtiyac yoxdur
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüşün tez bir zamanda təşkil edilməsinə ehtiyac olmadığını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüşün tez bir zamanda təşkil edilməsinə ehtiyac olmadığını bildirib.
Ajans.az "Xinhua" nəşrinə istinadən xəbər verir ki, Peskov belə bir görüşün tez bir zamanda hazırlanmasının mümkün olduğunu, lakin buna ehtiyac olmadığını bildirib.
Peskov əlavə edib ki, hazırda Ukraynanın nizamlanması probleminin təfərrüatları üzərində çox dəqiq iş aparılmalıdır.
Qeyd edək ki, 16 oktyabrda Putinlə telefon danışığından sonra Tramp iki liderin tezliklə Macarıstanın Budapeşt şəhərində görüşəcəyini bildirib. 22 oktyabrda Tramp planlaşdırılan görüşü ləğv etdiyini bildirib və görüşün "ona uyğun gəlmədiyini" və "getməli olduğu yerə çatacağını hiss etmədiyini" bildirib.