Reklam resmi
Reklam resmi

Quş qripi səbəbindən fövqaladə hal elan edildi- bu ölkədə...

Quş qripi səbəbindən fövqaladə hal elan edildi- bu ölkədə...
Dünya

Avstriyada quş qripinə yoluxma hallarının artması səbəbindən ölkə yüksək riskli zona elan olunub.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki ,Avstriyada bu təhlükəli xəstəliyin beş yeni halı qeydə alınıb. Hakimiyyət orqanları hesab edir ki, görülən sanitar tədbirlər vəhşi quşlarla ev quşları arasında təmasın qarşısını alacaq və bununla da quş qripinin fermalara yayılma riskini azaldacaq.

Quşçuluq təsərrüfatlarının sahiblərinə heyvanlarını vəhşi quşlardan qorumaq üçün torlardan istifadə etmələri, onları yalnız qapalı şəraitdə və ya örtük altında yemləmələri və sulamaları, həmçinin nəqliyyat vasitələrini, avadanlıqları və yükləmə sahələrini dezinfeksiya etmələri tövsiyə olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Quş qripi Avstriya

Digər Xəbərlər