Reklam resmi
Reklam resmi

Qırğızıstanda məktəbdə kütləvi qida zəhərlənmə baş verib

Qırğızıstanda məktəbdə kütləvi qida zəhərlənmə baş verib
Dünya

Qırğızıstanda yerləşən özəl təhsil müəssisəsində baş vermiş kütləvi qida zəhərlənməsi nəticəsində şagirdlər və müəllimlər də daxil olmaqla 80-dən çox nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki ,bu barədə Bişkek Dövlət Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, hadisə 31 oktyabr tarixində baş verib:

“Özəl məktəbdə şagirdlər və müəllimlər arasında kütləvi qida zəhərlənməsi qeydə alınıb. Yenilənmiş məlumatlara əsasən, dörd müəllim də daxil olmaqla ümumilikdə 84 nəfər zərər çəkib. On uşaq və iki böyüklə xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib. İlkin diaqnoz – naməlum etiologiyalı bakterial zəhərlənmədir”.

Məlumata görə, zəhərlənmənin şaurma istehlakından qaynaqlandığı ehtimal edilir.

Hazırda epidemioloji araşdırma aparılır. Laborator müayinələrin nəticələri əldə olunduqdan sonra hadisə ilə bağlı yekun qiymətləndirmə veriləcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qırğızıstan qida zəhərlənmə

Digər Xəbərlər