Sumqayıtda gənc oğlan bıçaqlandı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2000-ci il təvəllüdlü Mehdi Qəhrəmanov bıçaqlanıb.
Yaralı gənc xəstəxanaya çatdırılıb. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)
Mövzular: